Xəzər Xəbər

Bakıda bal yarmarkası keçiriləcək

Cəmiyyət | 10:20 • 20 Sentyabr 2017
Bakıda bal yarmarkası keçiriləcək

Oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23 ünvanında ("A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkada iştirak etmək istəyən arıçılar məhsullarını sentyabrın 19 –dan 30-dək aşağıda göstərilmiş sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər:

- Şəxsiyyət vəsiqəsi;

- Arıxananın baytarlıq pasportu (şəhadətnaməsi);

- Rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə;

- Rayon kənd təsərrüfatı idarəsindən arıçının qeydiyyatda olması barədə məktub.

Yarmarkada satışa yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar çıxarılacaq.

Sərgi-satış yarmarkasına hazırlıq tədbirlərinin səmərəliliyini artırmaq və vaxt itkisinə yol verməmək məqsədilə arıçılıq məhsullarının anbara qəbulu sentyabrın 18-20-də Lənkəran, sentyabrın 21-də Kəlbəcər-Laçın və Yuxarı Qarabağ, sentyabrın 22-23-də Gəncə-Qazax, sentyabrın 24-25-də Şəki-Zaqatala, sentyabrın 26-da Quba-Xaçmaz və Abşeron, sentyabrın 27-28-də Naxçıvan, sentyabrın 29-da Dağlıq Şirvan, sentyabrın 30-da isə Aran iqtisadi rayonları üzrə keçiriləcək.

Eyni zamanda oktyabrın 9-da şəffaflığın təmin edilməsi məqsədilə yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatma mərasimi təşkil olunacaq. Maraqlananlar Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və 012-498-94-47 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti