Xəzər Xəbər

Bakıətrafı kəndlərin avtobus problemi həll olunur

Cəmiyyət | 18:21 • 19 Sentyabr 2017
Bakıətrafı kəndlərin avtobus problemi həll olunur

Bakıətrafı kəndlərə xidmət edən avtobusların vəziyyəti nəzərə alınaraq 300 ədəd yeni avtobusun gətirilməsi planlaşdırılır.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər.

Agentlikdən verilən məlumata görə, Bakıətrafı kənd və qəsəbələrə xidmət edən avtobusların müəyyən qismlərində avtobusların vəziyyəti ilə bağlı texniki problemlər mövcuddur: "Bunlara misal olaraq 150, 101, 187, 173, 198, 148, 24, 15 nömrəli marşrut xəttlərini misal göstərə bilərik. Həmçinin, bu avtobusların istismara yararsızlığı barədə də məlumatlıyıq. Qeyd olunan avtobuslar əsasən keçmişdən qalan avtobuslardır.

Bildiyiniz kimi, "Bakubus" MMC istisna olmaqla avtobuslar dövlətə yox, müxtəlif sahibkarlara, hüquqi və fiziki şəxslərə məxsus olduğundan yenilnmə prosesini də məxsus olduqları daşıycılar həyata keçirməlidir. Belə ki, Bakı Nəqliyyat Agentliyi yarandığı gündən etibarən daşıyıcılar qarşısında istismara yararsız avtobusların yenilənməsi iə bağlı tələb qoyulub. Hansı daşıyıcı bu tələblərə əməl etmirsə, mərhələli şəkildə daşıyıcılarla olan müqavilələrə xitam verilir.

Qeyd edək ki, ən son olaraq 175 nömrəli xəttin müvəqqəti istismarçısı tələblərə əməl etmədiyi üçün, yəni tabeliyindəki istismara yarasız avtobusları yeniləmədiyi üçün xəttin istismarı digər daşıyıcıya həvalı olunub və xətt üzrə avtobuslar əsaslı təmir olunmuş avtobuslarla əvəz olunub"./Milli.Az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar