Xəzər Xəbər

Təyyarə bələdçilərinin pensiyaya çıxma müddəti azaldıla bilər

Cəmiyyət | 16:18 • 19 Sentyabr 2017
Təyyarə bələdçilərinin pensiyaya çıxma müddəti azaldıla bilər

Azərbaycanda təyyarə bələdçilərinin pensiyaya çıxma müddətinin azaldılması, onlara güzəştli sosial sığorta haqlarının tətbiq olunması təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu günkü iclasında deputat Musa Quliyev çıxış edib.

Onun sözlərinə görə, mülki aviasiyanın uçuş və uçuş sınaq heyətinin əksər üzvlərinə sosial sığorta ilə bağlı güzəştlər tətbiq edilir: "Onlara həm stajla, həm sığorta faizi, həm də pensiyaların məbləği ilə bağlı güzəştlər edilib və bu, belə də olmalıdır. Çünki onlar çətin şəraitdə fəaliyyət göstərirlər. Lakin təyyarə bələdçiləri bu sıraya aid edilməyib”.

M.Quliyev qeyd edib ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də araşdırma aparıb. Onlar da bununla bağlı Əmək Məcəlləsi və "Pensiya haqqında” qanuna bu məsələ ilə bağlı əlavələrin edilməsinin tərəfdarıdır: "Çünki təyyarə bələdçisinin işi o qədər asan deyil. Onların da haqqı var ki, pensiyaya daha tez çıxsınlar və güzəştli sosial sığorta haqları onlara da tətbiq olunsun”.

M.Quliyev həmçinin qeyd edib ki, "Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbulu tezləşdirilsin: "Elə olsun ki, gələn ilin 1-ci rübündə onun tətbiqinə başlaya bilək”.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, "Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” layihənin icrası olduqca problemli və çətindir: "Onu tətbiq edərkən çoxlu məsələlər ortaya çıxacaq”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti