Xəzər Xəbər

Baş onkoloqdan Fuad Poladov barədə KÖVRƏK SÖZLƏR: "Bəlkə də özü bu barədə bilmir"

Cəmiyyət | 12:50 • 19 Sentyabr 2017
Baş onkoloqdan Fuad Poladov barədə KÖVRƏK SÖZLƏR:

Xəbər verdiyimiz kimi, Xalq artisti Fuad Poladov xərçəng xəstəliyindən müalicə aldığını etiraf edib.

Publika.az aktyorun səhhətinin hazırkı vəziyyəti və müalicəsi haqqında daha geniş məlumat əldə etmək üçün Milli Onkologiya Mərkəzinin baş onkoloqu Azad Kərimli ilə əlaqə saxlayıb.

A.Kərimli Fuad Poladovun səhhəti ilə bağlı bunları deyib: "Fuad Poladovun xərçəng xəstəsi olub-olmadığı barədə heç bir söz deməyəcəm. Bəlkə onun özü heç bu barədə bilmir. Eşidəndən sonra vəziyyəti daha da ağırlaşa bilər axı. Xəstənin icazəsi olmadan onun haqqında mətbuata açıqlama verməyi düzgün hesab etmirəm. Bir həkim kimi etik normaları qorumaq mənim borcumdur”.

Xəbər lenti