Azərbaycana payız fəsli sentyabrın 23-ü daxil olacaq.
XəzərXəbər Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirir ki, payız fəsli yerli vaxtla saat 00:02-də ölkəmizə qədəm qoyacaq.
Həmin gün yay fəsli başa çatacaq. Payız fəsli dekabrın 21-ə qədər davam edəcək. Dekabrın 21-i Bakı vaxtı ilə saat 20:28-də isə ölkəmizə qış fəsli gələcək.