Xəzər Xəbər

Xəbərdarlıq: Hava 3 gün əlverişsiz olacaq

Cəmiyyət | 09:55 • 19 Sentyabr 2017
Xəbərdarlıq:

Bu gün Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, Bakıda gecə 18-20°, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

Tibbi-meteoroloji proqnoza görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amil olsa da, havada rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar