Xəzər Xəbər

Görməni itiləşdirən RESEPTLƏR 10 QƏPİYƏ başa gəlir

Cəmiyyət | 17:09 • 17 Sentyabr 2017
Görməni itiləşdirən RESEPTLƏR

Oftalmoloqlar görmə qabiliyyətini yaxşılaşdırmaq və görmə itiliyini artırmaq üçün müalicəvi gimnastika vasitələri məsləhət görüblər.

Milli.Az Herba Flora jurnalına istinadən xəbər verir ki, bunun üçün təzə yığılmış keşniş xırda doğranır və gündə 1-2 dəfə 10-20 dəqiqə gözlərin üzərinə qoyulub saxlanır.

Əgər bunu etməyə imkan yoxdursa, onda 2 xörək qaşığı itburnu meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 3-5 dəqiqə saxlanır, soyudulub süzüldükdən sonra səhər və axşam 1/2 stəkan içilir.

Və yaxud 2 çay qaşığı qaragilə yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilərək 1 saat dəmlənir, süzüldükdən sonra gündə iki dəfə 1/2 stəkan içilir.
Buxara verilmiş at turşəngi, rəndələnmiş alma və qabığı soyulmuş xiyarın 1:1:1 nisbətlərində qarışdıraraq gözlərin üzərinə qoyulması da görmə qabiliyyətini yaxşılaşdırır.

Yetişmə mərhələsində olan yerkökünün yaşıl hissəsi təzə halda yeyildikdə və ya salatlara qatıldıqda gözün görmə qabiliyyətini yaxşılaşdırır. Həmin yaşıl hissələri qurudaraq ədviyyat kimi də istifadə etmək olar.

Yaxındangörmə zamanı qurudulub üyüdülmüş yemişan meyvələri 1:1 nisbətində balla qarışdırılaraq gündə 3 xörək qaşığı qəbul edilir.

Qaragilə, quşüzümü, soğan, sarımsaq, badam, qara gilas, cəfəri, xiyar, şüyüd, kök, çuğundur və kərəviz kimi meyvə və tərəvəzlər görmə qabiliyyətini yaxşılaşdırır.


Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti