Xəzər Xəbər

100 illik problemi həll edəcək yeni KƏŞF

Cəmiyyət | 13:59 • 17 Sentyabr 2017
100 illik problemi həll edəcək

Morfin qısa müddət sonra tarixə qovuşa bilər.

Elm adamları illərdir istifadə edilən morfindan daha təsirli və əks təsiri az olan ağrıkəsici kəşf ediblər.

"Nature" jurnalında "PZM21"adlı dərmanla bağlı dərc edilən məqalədə alimlər dərmanın ağrıya qarşı güclü, seçici və təsirli olduğunu bildiriblər. Məqalədə sözügedən dərmanın heç bir zərərli təsiri olmadan 100 illik problemə çarə ola biləcəyi də qeyd edilib.

Dərman hələ ki, yalnız siçanlar üzərində təcrübədən keçirilib.

Qeyd edək ki, xaşxaşdan əldə edilən ağrıkəsici morfin beyindəki qəbuledicilərə təsir göstərərək ağrını azaltsa da, yüksək dozada qəbul edildiyi zaman digər tərəfdən başqa fərqli qəbuledicilərə də təsir göstərərək nəfəs problemlərinə yol aça bilir./publika.az

Xəbər lenti