1999-cu ildə İsrail diyetoloqu Kim Protasov xüsusi qidalanma sistemi tərtib edib.
Bu sistemə uyğun qidalanan insan 5 həftə ərzində maddələr mübadiləsini
tənzimləyir, sağlam şəkildə arıqlayır, ac qalmır və həmçinin pəhrizdən
çıxdıqdan sonra çəkisini normada saxlaya bilir.
Bundan əlavə pəhriz bağırsaqları yaxşı təmizləyir, orqanizm toksinlər,
şlaklardan azad olunur ki, nəticədə dəri təmizlənir, baş və oynaq
ağrıları azalır, insan özünü daha gümrah hiss edir.
Pəhriz 10 kq arıqlamağa imkan verir.
1-ci həftə.
Gün ərzində tərəvəzlər (tərkibində çoxlu nişasta olan tərəvəzlərdən
əlavə), süd məhsulları (süddən əlavə) və 1 yumurtaya icazə verilir.
Tərəvəzlər çiy, suda və ya buğda bişirilmiş halda yeyilir.
Gün ərzində şəkərsiz və südsüz çay və ya qəhvə içə bilərsiniz. Həmçinin hər gün 2 l su için.
Meyvələrdən gün ərzində 3 yaşıl almaya icazə verilir.
2-ci həftə.
Qidalanma prinsipi 1-ci həftədə olduğu kimidir.
3-cü həftə.
Süd məhsullarının miqdarı azaldılır, ət əlavə olunur. Gün ərzində 300 qr
suda və ya buğda bişirilmiş yağsız ət (mal, toyuq və ya balıq) yeyə
bilərsiniz. (Burada çiy ətin çəkisi nəzərdə tutulur.)
4-cü və 5-ci həftə.
3-cü həftədə olduğu kimi.
Pəhrizdən tədricən çıxmaq lazımdır. 6-cı həftədən başlayaraq qidalanmaya
bitki yağı, 7-ci həftədən - şirin olmayan meyvələr, 8-ci həftədən
sıyıqlar əlavə olunur. 9-10-cu həftədən başlayaraq adi qidalanma
rejiminizə keçə bilərsiniz.
Bu pəhrizdən ildə 1 dəfə istifadə edə bilərsiniz.
Saglamolun.Az