Xəzər Xəbər

Tatu etdirənlər sağlamlığına ziyan vurur

Cəmiyyət | 12:11 • 17 Sentyabr 2017
Tatu etdirənlər sağlamlığına ziyan vurur

Qaşlarına, qollarına, bədənlərinin müxtəlif nahiyyələrinə vurulur... Döymə kimiləri üçün vazkeçilməz istək olsa da, yaxşıca düşünmədən etdirənlər üçün peşmanlıq deməkdir.

Gənclər arasında döyməyə meyl artsa da, bezib sildirənlərin də sayı az deyil.

Tatuajın özü qədər silinmə prosesi də müəyyən vaxt alır. Hətta bəzən 1 tatunun silinməsimə aylarla vaxt tələb olunur.

Tatu silmə əməliyyatı xüsusi lazer aparatları vasitəsi ilə həyata keçirlir. Həmin yerə lazer şüaları yeridilir və müəyyən vaxtdan sonra tamamilə bundan azad olunur. Hər prosedurda lazer dalğasının gücünü artırılmış surətdə tətbiq olunur.

Prosedur etdikdən sonrada müəyyən qaydalara riayət etmək vacibdir.

Həkimlərin sözlərinə görə, döymələrin silinməsinin qiyməti də müxtəlif olur. Nahiyyə böyüdükcə qiymətdə artır.

Tatunun dəriyə ziyanı isə danılmazdır. Üstəlik sildirəndə bu ziyan daha artır. Yəni ən yaxşısı peşmançılıq yaşamamaqdır.

Xəbər lenti