Sentyabrın 18-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda
gecə 19-21°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi
763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz
45-55 % olacaq.
Azərbaycanın
rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman
olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz
31-36° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı
gözlənilir.