Qoç- təhlükəsizliyinizə və işinizin səlis yerinə
yetirilməsinə fikir verin. Hadisələrin bir qismini nəzarətdə saxlayın.
Məntiqli olun, soyuqqanlı və təmkinli davranın.
Emosiyalara uymayın, avantür təkliflərə aldanmayın. Problemlərə
reaksiyanı qeyri-emosional səviyyəyə salın. İşin məhsuldarlığı yüksək
olacaq. Lakin ifrat dərəcədə çalışmayın.
Səhhətinizlə bağlı problem riski var.
Yardım və ya qayğı təklif olunursa, inadkarlıq etməyin. İşin "zəif həlqə"sini nəzarətdə saxlayın.
Yeni maraqlar üçün yaşam arealında gərəkli məkan yaradın.
Buğa- günün ilk yarısından etibarən bir çox işlərin
öhdəsindən gələ bilərsiniz. Tələskənliyə yol verməyin, vurnuxmaların
fiqurantına çevrilməyin. İşgüzar əlaqələri intensivləşdirin.
Günün ikinci yarısında işdə rəhbərlik təmaslarda səbrli olun, təmkinli
davranın. Dostlarla, dəyərli insanlarla ümumi işləri müzakirə etmək
olar.
Mübahisəli məsələləri gündəmə gətirsəniz, qarşı tərəfin mövqelərini də nəzərə alın.
Axşam saatlarında alış-verişə yollanmaq olar.
Əkizlər- məntiqlə davranın, radikal qərarlar qəbul
etməyin. Həddən ağır iş görərək özünüzü yormayın. İfrat yorğunluq bir
çox xəstəliklərin mənbəyidir.
Rasionunuza fikir verin. İşlə bağlı məsələlərin həllində aktiv olun.
Günün ikinci yarısında rutin işlər təcili çözümünü tələb edir.
Sevdiyiniz insanla ciddi söhbəti təxirə salın. Bu gün münasibətləri
ayırd etmək üçün əlverişli zaman deyil.
Anlaşılmazlıq və mübahisə riski az deyil.
Xərçəng- yaxın ətrafınıza, yaşam arealınıza diqqət yetirin. Ağıllı və fəndgir davranın, ehtiyatı əldən verməyin.
Qüvvələrinizi bərpa etməyə çalışın. Bunun üçün təmrinləri və ya prosedurları müəyyənləşdirin.
Yeni informasiya alına bilər. Bu xəbər işlərin gedişatında, işgüzar tərəfdaşlarla münasibətlərdə dəyişikliklər yarada bilər.
Başlanmış prosesi dayandırmağa can atmayın, çünki niyyətiniz reallaşmayacaq.
İşdə kiçik, amma önəmli detalı aşkarlayın. O detal və ya ünsür işi tamamlamağa, onu mənalandırmağa imkan verir.
Şir- hisslərinizə uyaraq düşünülməmiş addımlar
atmayın. Günün emosional fonu sizdən rasional və praqmat davranış tələb
edir. Həddən artıq aktiv olmayın. Zərurət varsa, tempi bir qədər aşağı
salın.
Günün ikinci yarısında şəriklər və ya tərəfdaşlarınızdan biri sizə
sürpriz edə bilər. Gözlənilməz hadisələrə hazır olun. Situasiyanın ani
dəyişkliklərindən faydalanın.
Axşam saatlarında gəzintiyə çıxın.
Qız- ünsiyyətdə qarşılıqlı maraqları ön plana
çəkməyin. Kompromisslərə meylli olun. Əhvalınız və səhhətiniz imkan
verirsə, daha çətin işlərə başlamaq olar. Fəaliyyətinizdə ciddi,
əhəmiyyətli dəyişikliklər olmayacaq. Rutin işləri ənənəvi qaydada yerinə
yetirin.
Günün ikinci yarısında ailə üzvlərindən birinin təcili yardıma, dəstəyə ehtiyacı yaranacaq. Ona kömək edin, laqeyd davranmayın.
Sizə dəyər verən insanlarla münasibətləri korlamayın.
Axşam saatlarında internetdə çox vaxt keçirməyin.
Tərəzi- mənəvi və fiziki sağlamlığın vəhdətinə nail
olun. Çalışdığınız şəraitin rahat, yeni planların reallaşdırılması üçün
əlverişli olmasına can atın. Var qüvvənizlə işləyirsinizsə, nəticənin
də məntiqi olmasına can atın.
Günün ikinci yarısında işdə rəhbərliklə danışıqlarınızın təfərrüatlarını
həmkarlarınıza danışmayın. Şəxsi məsələlərdə tərəfdaşın qayğılarını və
fikirlərini nəzərə alın.
Laqeyd, soyuqqanlı, eqoist olmayın.
Əqrəb- istənilən, hətta ən kiçik işlərdə fayda və
mənfəət arayın. Hadisələri tələsdirməyin. Etdiyiniz seçimi dərhal
açıqlamayın. Ev işləri və ailə tədbirləri üçün əlverişli zamandır.
Yeni işə və ya fəaliyyət sahəsinə maraq yarana bilər.
Günün ikinci yarısında yeni ideya və fikirlərinizi yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.
Axşam saatlarında aktiv istirahəti seçin.
Oxatan- günün ilk yarısından səs-küydən,
qarmaqarışıqlıqdan uzaq olun. Əhvalınızı poza biləcək insanlardan uzaq
durun. Dəyər verdiyiniz insanlarla birgə fəaliyyətə üstünlük verin.
Günün ikinci yarısında xidməti səlahiyyətlərinizi yerinə yetirərkən yaxın perspektivi düşünün.
Axşam saatlarını sevdiyiniz insanla keçirin. Münasibətlərdə harmoniya yaradın.
Oğlaq- günün ilk yarısından etibarən aqressiv
olmayın. Dəyər verdiyiniz insanlarla normal davranın. Kollektiv
fəaliyyətdə fayda var. Çətin durumlarda təmkinli davranın, emosiyalara
qapılmayın.
Günün ikinci yarısında qəliz vəziyyətlərin həlli çox asandır.
Küsülülərin barışma şansı var. Köhnə problemləri asanlıqla həll edə
bilərsiniz.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.
Dolça- gərgin, ağır və mürəkkəb intellektual
fəaliyyət üçün yararlı zamandır. Önəmli qərarlar qəbul edəndə
tələskənliyə yol verməyin. Yeni layihəyə başlamaq üçün münasib zaman
olsa da, situasiyanı tam dəqiqliklə qiymətləndirin.
Təşvişə düşməyin. Vurnuxmalara aldanmayın.
Günün ikinci yarısında xüsusi diqqət və ehtiyatlı davranış tələb edən
məsələlərdə yüz ölçüb, bir biçin. Axşam saatlarında yaxınlarınızla
ünsiyyətdə anlaşılmazlıqlar yarana bilər. Ailə üzvlərinə yetərincə vaxt
ayırın.
Stressdən mütləq şəkildə qurtulun.
Balıqlar- günün ilk yarısından etibarən yaxın
ətrafınızdakı insanlarla və qohumlarınızla münasibətlərdə gərginlik
yarana bilər. Yaşlı qohumların, ailə üzvlərinin dediklərini dinləyin.
Məsləhətləri qulaqardına vurmayın.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Tapşırıq
və sifarişləri vaxtında, keyfiyyətlə yerinə yetirin. Cari öhdəlikləri
unutmayın.
Axşam saatlarını dostlarınızla keçirin. Səs-küylü məclis əhvalınıza mənfi təsir edəcək.
Milli.Az