Xəzər Xəbər

Bakını bürüyən toz-dumanın səbəbi bilindi

Cəmiyyət | 11:05 • 23 Avqust 2017
Bakını bürüyən toz-dumanın səbəbi bilindi

"Bakı və Abşeron yarımadasında bu gün səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti Türkmənistandan hərəkət edən tozlu hava kütlələri ilə bağlıdır".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.

O bildirib ki, paytaxtda və yarımadada son günlər küləkli hava şəraiti müşahidə olunur: "Bunun nəticəsində də Türkmənistandan Xəzərin sahilyanı ərazilərinə tozlu hava kütlələri daxil olub. Bu, özünü daha çox Abşeron yarımadasında göstərir. Küləkli hava şəraiti müşahidə olunduğundan həmin toz kütlələri səpələnir". (report)

***

Bu gün səhər saatlarında Bakını toz-duman bürüyüb. Havada müşahidə olunan tozun miqdarı gözə çarpacaq dərəcədə artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən verilən məlumata görə, hazırda havadan götürülmüş toz nümunələri analizə göndərilib.

Havadakı tozun miqdarının norma daxilində və ya normadan çox olduğu araşdırılır.

Xəbər lenti