Xəzər Xəbər

Kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları

Cəmiyyət | 15:35 • 22 Avqust 2017
Kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları

Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent” jurnalının 10-cu nömrəsini nəşr edib.

DİM-dən xezerxeber.az-a verilən xəbərə görə, "Abituriyent” jurnalının 10-cu nömrəsində 2017/2018-ci tədris ili üçün tam (11 illik) orta təhsil bazasinda orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Xatırladaq ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müsabiqədə buraxılış (əvvəlki illərin məzunları iyulun 5-də keçirilən qəbul) imtahanında ana dili, riyaziyyat və xarici dil fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak ediblər. Buraxılış (qəbul) imtahanında hər bir fənn üzrə abituriyentlərə 30 test tapşırığı təqdim olunub. Müsabiqəyə ümumi balı 30-dan, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilməyib) az olmayan abituriyentlər buraxılıblar.Toplanıla biləcək maksimal bal 90 olub.

Müsabiqənin nəticələrinə əsasən, xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə ən yüksək keçid balı 2 nömrəli Bakı Baza Tibb Kollecinin müalicə işi ixtisası (Azərbaycan bölməsi, DS) üzrə 76 bal, ən aşağı keçid balı isə Bakı Biznes və Kooperasiya Kollecinin turizm və onun təşkili ixtisası üzrə 41 bal (rus bölməsi, qiyabi ödənişli) olub.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti