Xəzər Xəbər

Dərs bölgüsünün diaqnostik qiymətləndirmə nəticələrinə əsasən aparılmasına nəzarət ediləcək

Cəmiyyət | 17:01 • 21 Avqust 2017
Dərs bölgüsünün diaqnostik qiymətləndirmə nəticələrinə əsasən aparılmasına nəzarət ediləcək

Təhsil Nazirliyi sentyabr ayından etibarən bütün müəllimlərin dərs bölgüsü prosesinə nəzarət həyata keçirəcək.

 

Təhsil Nazirliyinin İnsan resurları şöbəsinin müdir müavini Eşqi Bağırov APA-ya bildrib ki, yeni tədris ilindən ərazi maliyyə mərkəzləri tərəfindən dərs bölgüsü aparılarkən onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr nəzərə alınacaq. Onun sözlərinə görə, bu proses bölgünü aparmaq imkanı olan məktəblərdə həyata keçiriləcək: "Əgər bir məktəbdə 1 fənn müəllimi varsa, nəticə burada nəzərə alına bilməz. Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən də müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmalıdır”.

 

Nazirlik rəsmisi qeyd edib ki, 2014-cü ildən etibarən keçirilən diaqnostik qiymətləndirmə həmişə könüllülük prinsiplərə əsaslanıb: "Heç vaxt müəllimin qiymətləndirməyə cəlb olunmasını məcburi etməmişik. Buna baxmayaraq istənilən qiymətləndirmədə davamiyyət 99%-dən aşağı düşməyib. Öz üzərində işləmək, nəticəsini artırmaq istəyən müəllimlər növbəti illərdə keçirilən diaqnostik qiymətləndirmədə iştirak edə bilər. Müəllimlər qiymətləndirmədə iştirak edərək yüksək nəticə göstərsələr, bu, növbəti dərs bölgüsündə nəzərə alına bilər”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti