Xəzər Xəbər

Əhali əsasən hansı məhsula daha çox pul xərcləyir?

Cəmiyyət | 16:04 • 21 Avqust 2017
Əhali əsasən hansı məhsula daha çox pul xərcləyir?

Bu ilin yanvar-iyul aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,4 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 17,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebelin, 5 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, pərakəndə ticarət dövriyyəsinin artımı ölkənin əksər regionlarında müşahidə olunub. Belə ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2017-ci ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsinin həcmi Bakı şəhəri üzrə 2,3 faiz, Abşeron iqtisadi rayonu üzrə 1,5 faiz, Aran iqtisadi rayonu üzrə 1,5 faiz, Naxçıvan Muxtar Respublikası üzrə 1,4 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 1,4 faiz, Lənkəran iqtisadi rayonu üzrə 1,2 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1,1 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 0,7 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 0,6 faiz artıb, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə isə 4,6 faiz azalıb. Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, Qəbələ, Bərdə, Salyan, İmişli və Şamaxı rayonları üzrə pərakəndə ticarət dövriyyəsinin artım sürəti ölkə üzrə orta artım sürətindən (1,8 faiz) yüksək olub.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti