Xəzər Xəbər

Zəhərlənmənin bir də beləsi var...

Cəmiyyət | 13:19 • 20 Avqust 2017
Zəhərlənmənin bir də beləsi var...

"Ağıllı” telefonların "kölələri”

"Səhər yuxudan oyanan kimi gözüm telefonu axtarır. Elə bil gecə də onun fikriylə yatıram. Bəzən elə olur ki, yatandan sonra yadıma düşür, durub "zaryadkaya” taxıram. Gün ərzində əlimdən düşmür, həmişə əlimdə gəzdirirəm, elə bil onsuz həyat yoxdur. Əslində elə çox adamla da danışmıram, mənə çox zəng də gəlmir, amma telefonsuz da mümkün deyil. Facebook-a baxıram, özümün də orda o qədər çox dostum yoxdur, amma səhifələrə baxıram, başqalarının yazdığını oxuyuram, günü orda keçir. Əslində boş zamanımı "öldürdüyümü” düşünürəm, amma işdə də, yəni boş zamanım olmayanda da gözümü telefondan ayıra bilmirəm. Yəqin bu da belə xəstəlikdir”. Bunu "Cümhuriyət” qəzetinə 36 yaşlı Aynur Əzizova deyir. Onun sözlərinə görə, ailənin digər üzvlərinin də vəziyyəti eynidir.

Yaşlılar da telefona aludə olur

Telefon təkcə ünsiyyət vasitəsi olmaqdan çıxıb həm də həyatın və əyləncənin bir hissəsinə çevrildiyinə görə araşdırmalara mövzu olub. Ofis və ya evlərdə əlaqə vasitəsi kimi istifadəsi az qala arxa plana keçir və yerini əyləncə tutur. Amerikanın "Accenture” şirkətinin apardığı tədqiqatın maraqlı nəticələri də bunu ortaya çıxarıb. Araşdırmada İkinci Dünya Müharibəsindən sonra dünyaya gələn və yaşı 45-dən yuxarı olan şəxslər "Baby boomers” adlandırılıb. Nəticələr göstərib ki, bu qrup artıq sürətlə 1978-1995-ci illərdə dünyaya gələn nəslin vərdişini götürür. Artıq onlar da əvvəllər uzaq olduqları telefon əyləncə xidmətlərindən istifadəyə başlayıb. Doğrudur, hələlik gənc nəsil kimi bütün həyatını telefonsuz təsəvvür etməmək hissi onlara yaddır, ancaq bununla belə bu nəslin nümayəndələri üçün də telefon sadəcə ünsiyyət vasitəsi olmaqdan çıxıb. "Accenture”un sorğusu göstərib ki, rəyi soruşulanların 79 faizi telefondan təkcə danışmaq üçün yox, həm də elektron poçt ünvanlarına baxmaq, mesajlar göndərmək üçün istifadə edir.

Texnologiya zəhərlənməsi...

Telefon asılılığı həm gəncləşir, həm də yaşlanır. Təkcə orta nəslin nümayəndələri yox, həm də uşaqlar və qocalar da telefon asılılığına yoluxub. Xarici ölkələrdə mütəxəssislər bu vərdişi "texnologiya zəhərlənməsi” kimi xarakterizə edir. Britaniya və ABŞ-dakı psixiatrlarla sosioloqlar bunu "no mobile phobia" və ya "nomofobi" adlandırırlar. Bütün yaş qruplarından olan şəxslər texnologiyadan asılı vəziyyətə düşməklə ondan yaxa qurtarmağa çalışmır və ya buna müvəffəq olmur. "Ağıllı” telefonların sürətlə yayılması və qiymətlərin getdikcə aşağı düşməsi texnologiyadan "zəhərlənənlərin” sayını artırır. Sosial şəbəkələrdən telefonda istifadə bir zamanların məşhur deyimi olan kompüter asılılığını arxa plana keçirib. Artıq kompüterlər sadəcə iş avadanlığı kimi istifadəyə qayıdır. Əvvəllər daha populyar olan digər funksiyalarını isə telefona ötürüb. Artıq telefonda həm danışa, həm sosial şəbəkələrdəki hesablarınıza nəzarət edə, həm film izləyə, həm mesajlaşa bilərsiniz.

"Hardayam” sualındanşüuraltı erroziyaya

"Nomofobi" termini ilk dəfə 2008-ci ildə işlənib. Böyük Britaniyada 1000 telefon istifadəçisi arasında keçirilmiş sorğunun nəticələri problemi ortaya qoydu. Respondentlərin 66 faizi bildirib ki, mobil telefonlarını itirəndə və ya telefon əllərinin altında olmayanda özlərini çox narahat, hətta depressiyada hiss edirlər. 18-24 yaşlılar arasında bu göstərici 76 faiz təşkil edib. "SecurEnvoy" şirkətinin apardığı sorğuda iştirak edənlərin 40 faizi isə bildirib ki, iki mobil telefonları var. Texnologiya üzrə eksperti Demien Douaninin sözlərinə görə, smartfonların satışı artdıqca, "nomofobiya"ya tutulanların da sayı artır. Çünki hər kəsin mobil xidmətlərdən yararlanmaq imkanı olur: "Hardayam", "Dostlarım haradadır?", "Sosial şəbəkələrdə statuslarda nə yazılıb?" kimi suallar gənclərin şüuülarında erroziya açır".

Telefonun köləsinə çevrilirik

Vəziyyət o qədər narahatlıq yaradıb ki
, "Beynəlxalq mobil telefonsuz gün" aksiyası keçirilir. Aksiyanın təşkilatçısı Fil Marso bildirib ki, mqəsəd insanlaır heç olmasa bir gün köləlikdən azad etməkdir. Söhbət insanlaır smartfonların köləliyindəna zad etməkdən gedir: "Bəzi adamların bütün həyat telefonla bağlıdır. Belələri mobil telefonu itirərsə, yaxud həmin adamın mobil telefonu xarab olarsa, az qala fəlakət yaşayır”.

Məktəbli qızlar 15 saatəllərində telefonla gəzir

Bəzi araşdırmalar xüsusən, ciddi texnoloji yeniliklərə imza atmayan ölkələrdə telefon asılılığının sürətlə yayıldığını göstərir. Ancaq daha bir narahatlıq meydana çıxıb. İndi həm də həmin texnologiyanın vətəni hesab edilən ölkələr də öz ixtiralarının qurbanına çevrilir. Məsələn, yaponlarda da ciddi telefon asılılığı yaranıb. Bu ölkədə aparılan araşdırmalar göstərib ki, "telefon xəstəliyinə” qadınlar kişilərdən daha çox "yoluxub”. Yapon qızlar günə telefonla başlayır və günü telefonla başa vururlar. Yapon qadınlar günün 7 saatını telefondan ayrılmırlar. Kişilərdə isə bu rəqəm 4 saatdır. Məktəbli qızlarla bağlı vəziyyət daha pisdir. 24 saatın düz 15 saatını əllərində telefon gəzirlər.

Beyin yüklənir vəailəni arxa plana atır

"Telefon köləliyi”, "texnologiya zəhərlənməsi”ndən yaxa qurarmaq o qədər də asan deyil. Psixoloqlar telefona bağlılığın artıq zərərli vərdiş kimi qeydə alınması təklifilə çıxış edirlər. Əgər narkotik vasitələrdən, yaxud spirtli içkidən asılılıq varsa, onsuz yaşaya bilmədiyimiz telefondan asılılıq niyə olmasın? Mütəxəssislər belə hesab edir ki, cəmiyyətdə qarşılıqlı münasibətlərin, canlı təmasların azalması telefon kölələrinin sayını artırır. Bir zamanlar təlim-tərbiyə vasitəsi hesab edilən radio-televiziya proqramlarını, bədii-əyləncəli verilişləri, yaxud filmləri də telefon marağı üstələyir. Televizor qarşısında belə əlində telefon tutaraq otururuq ki, bu da ikincinin birincidən daha əhəmiyyətli olduğunu göstərir. Telefonun müsbət cəhətlərini, "uzağı yaxın etmək” kimi xüsusiyyətlərini düzgün qiymətləndirən mütəxəssislər mənfi cəhətlərin müsbətləri getdikcə üstələdiyi qənaətindədir.

İlk növbədə ona görə ki, telefondan daha çox istifadə müxtəlif göz xəstəlikləri yaradır, görmə qabiliyyətini azaldır, beynin yorulmasına gətirib çıxarır. Beyin çox yüklənir və zehni yorğunluq fiziki yorğunluqdan daha təhlükəli olduğundan insan hətta ən yaxın adamlarına belə diqqət ayıra bilmir. Bu isə ailədaxili narazılıqlara gətirib çıxarır, digər tərəfdən uşaqların tərbiyəsində problemlər yaranır. Telefonda sosial şəbəkələrdən istifadə isə tamam başqa bağlılıq yaradır. Bütün günü gözü telefonun ekranında olan insanlar üçün gələn hər mesaj səsi sevinc olur. Bu isə insanı real həyatdan, həmin həyatdakı məşğuliyyətlərindən ayırmaq üçün yetərlidir. Günlərini telefonda sosial şəbəkələri izləməklə keçirən adamlar özləri də vəziyyətin xoşagəlməz olduğunu anlayırlar. Sadəcə, əsirinə çevrildikləri telefondan yaxa qurtarmanın younu tapa blmirlər.

"Köləlik”dən qurtulmaq yolları

Mütəxəssislər isə telefon asılılığından qurtulmaq üçün ən yaxşı vasitənin kitab oxumaq olduğunu deyir. Təbii ki, telefona yüklədiyiniz kitabı yox, kitabxanadan və ya kitab mağazasından aldığınız kitabı oxumaqda... Digər bir yol isə telefonu mümkün qədər sadə, funksiyası az olan telefonla əvəzləməkdir. Əgər siz iş adamı deyilsinizsə, ciddi bank əməliyyatları aparmaq və ya iş görmələri təşkil etmək üçün "ağıllı” telefona ehtiyacınız yoxdursa, sadə aparatla da kifayətlənə bilərsiniz. Çünki araşdırmalara əsasən, telefondakı yüksək səviyyəli görüntülər adamı cəlb edir. İlk üsul olaraq telefonun ekranının işıq effektini tam aşağı salmaq lazımdır. Telefon mütəxəssisləri bildirir ki, ekranın və proqramların görüntü effektinin aşağı olması onun cəlbediciliyini azaldır. Telefonu heç zaman yataq otağınıza qoymayın ki, yuxudan duranda ilk işiniz onu əlinizə almaq olmasın. Sosial şəbəkədən istifadə üçün gün ərzində saat müəyyən edin və ancaq həmin saatlarda sosial şəbəkələrə daxil olun. Özünüzü "köləlikdən” qurtarın!

cebhe.info

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti