Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
XəzərXəbər-ə verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 22-25° isti, gündüz 31-36° isti, Bakıda
gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir. Atmosfer
təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-70 %,
gündüz 40-45 % olacaq. Abşeron
çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda
25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.
Azərbaycanın
rayonlarına gəlincə, avqustun 21-də hava şəraiti əsasən yağmursuz. Şərq
küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə
19-24°, gündüz 33-38° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti
olacağı gözlənilir.