Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasında havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.