Xəzər Xəbər

Hansı rəng, hansı rənglə uyğunlaşır?

Cəmiyyət | 16:41 • 19 Avqust 2017
Hansı rəng, hansı rənglə uyğunlaşır?

Rənglərin insan psixologiyasına təsiri çoxdan bəllidir. Rənglərin ən çox işləndiyi yer isə insanın paltarıdır. Özümüzə paltar seçərkən biz yalnız onun görünüşünə diqqət etməklə yanaşı həm də rənginə fikir veririk. Rənglər həm insanın əhval ruhiyyəsini qaldıra, həm də ruh düşkünlüyü yarada bilər. Bəzən ən zövqlu insan da rənglərin uyğunlaşmasında çətinlik çəkir.

Rənglərin mənalarını bilməklə onları seçmək daha asan olar.

Ağ rəng - bütün rənglərlə, çəhrayı və açıq mavi, qırmızı və ağ çaların rəngindən əmələ gələn tonlarla uyğunlaşır.

Qırmızı - sarı, ağ, qonur, göy və qara ilə daha çox uyğunlaşır. Qırmızı rəngi bənövşəyi və açıq bənövşəyi rənglə uyğunlaşdırmaqdan mümkün qədər qaçın.

Narıncı - mavi, göy, bənövşəyi və ağ tonlarla uyğunlaşdırmaq lazımdır. Bu zaman qırmızı və sarı çalarların yaratdığı ton əmələ gəlir.

Sarı - mavi, bənövşəyi, açıq bənövşəyi rənglərlə çox uyğundur. Heç bir çaları və haşiyəsi olmadan istifadə olunan sarı rəng bir o qədər də cəlbedici deyil. Narıncı və sarı rənglər daha çox kontrast qara rənglə uyğun gəlir.

Qəhvəyi - hava, krem, sarı, çəhrayı, narıncı, yaşıl və bej rənglərlə ideal görünür.

Yaşıl - qəhvəyi, narıncı, açıq yaşıl, sarı və ağ rənglərlə, açıq yaşıl rəng isə ancaq boz və qara çalarlarla uyğundur. Bu soyuq və isti rənglər arasında aralıq mövqe tutur.

Göyün - açıq və tünd çalarları daha çox istifadə olunur. Açıq göyü- ağ, sarı, narıncı, çəhrayı rənglərlə uyğunlaşdırmaq məsləhətdir. Bu zaman qırmızı və göy rənglər arasında olan rəng əmələ gəlir.

Tünd göy- mavi, ağ, boz, qırmızı və sarı rənglərlə gedir.

Bənövşəyi - ağ, sarı, çəhrayı rənglərlə daha gözəl görünür. Bu zaman qırmızı və göy arasında olan rəng əmələ gəlir. Bənövşəyi rəngin açıq tonunu yasəmən rəngi adlandırırlar. Bu, sarı, narıncı, boz və ağ rənglərlə məqsədə uyğundur.

Qara, ağ və boz rənglərdən haşiyə kimi istifadə olunur. Qara rəngi yaxşı olardı narıncı, sarı, çəhrayı, yasəmən və salat tonlarla uyğunlaşdırasınız.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti