Xəzər Xəbər

Bu tərəvəz bədəni zəhərdən təmizləyir, immuniteti gücləndirir

Cəmiyyət | 19:08 • 18 Avqust 2017
Bu tərəvəz bədəni zəhərdən təmizləyir, immuniteti gücləndirir

Mütəxəssislər noxudun yeni faydasını üzə çıxarıb.

Noxudun bədəni toksinlərdən təmizlədiyi açıqlanıb. Alimlər bildirib ki, noxud xərçəng başda olmaqla, bir çox xəstəliyin yaranmasının qarşısını alır.

Ürəyi qoruyur

Noxud ürək və damar sağlamlığını qoruyur, qanda şəkərin miqdarını normaya salır. Odur ki, noxud şəkər xəstələrinə daha çox tövsiyə olunur.

Zəhəri bədəndən xaric edir

Siqaretin yaratdığı toksinləri, eləcə də ətraf mühitin çirkləndirilməsindən yaranan zəhəri noxud orqanizmdən xaric edir. Orqanizmdə xərçəng xəstəliyinə səbəb olan komponentlərin təsirini aradan qaldırır.

İmmunitet sistemini gücləndirir

Картинки по запросу nohut

Ürək bulanması, baş gicəllənməsi və baş ağrısı problemlərini aradan qaldırır. Tərkibindəki amin turşuları sayəsində yuxu rejimini qaydasına salır. Bədənin immun sistemini gücləndirib xəstəliklərə yoluxma riskini azaldır.

Depressiyadan qoruyur

Tərkibindəki bol miqdarda fosfor sümük və dişləri gücləndirir, eyni zamanda xoşbəxtlik hormonu – serotoninə də təsir edir. Beləliklə, depressiyanın inkişaf etməsinə mane olur./publika.az

Xəbər lenti