Xəbər verdiyimiz ki, ali təhsil
müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan
36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.
11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Tələbə adı qazanmış şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil
olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq
ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun
qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək./azvision.az