Ölkə ərazisində bu günə olan hava şəraiti ilə bağlı məlumat açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
XəzərXəbər-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın
temperaturunun gecə 23-26° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25°
isti, gündüz 34-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm
civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 %
olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan,
Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil
edəcək.
Azərbaycanın
rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi
əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti,
dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.