Xəzər Xəbər

Bakı-Sumqayıt qatarındakı problemin səbəbi açıqlandı

Cəmiyyət | 10:39 • 11 Avqust 2017
Bakı-Sumqayıt qatarındakı problemin səbəbi açıqlandı

Dünən Bakıda müşahidə edilən küləkli hava şəraiti Bakı-Sumqayıt istiqamətində hərəkətdə olan sürət elektrik qatarının pantoqrasının qırılmasına və qatarın yarım saat gecikməsinə səbəb olub.

Bu barədə XəzərXəbər-ə "Azərbaycan Dəmiryolları” QSC-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rərhbəri Sevinc Qədirova deyib.

O bildirib ki, qatar yarım saatdan sonra ikinci pantoqra ilə hərəkət edərək mənzil başına çatıb.

"Bu qurğu elektrik qatarlarının cərəyan qəbul edicisidir. Sürət qatarı hazırda depodadır və təmir olunur. Qrafiklərdə hazırda problem yoxdur və qatar başqası ilə əvəz olunub. Qatardakı poroblem bu gün aradan qaldırılacaq”.

Qeyd edək ki, dünən saat 19:10 radələrində Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb. Sumqayıt istiqamətində hərəkətdə olan qatar Biləcəri stansiyasına çatmamış dayanıb.

Xəbər lenti