Xəzər Xəbər

İsti havalardan sonra quraqlıq gözlənilirmi?

Cəmiyyət | 10:35 • 11 Avqust 2017
İsti havalardan sonra quraqlıq gözlənilirmi?

Azərbaycanda havaların həddən artıq isti keçməsi ilə əlaqədar ölkə ərazisindəki çaylarda quraqlığın yaranması gözlənilmir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, son günlərdə ölkədə hava şəraitinin isti keçməsi və buxarlanmanın olması çaylara, xüsusən də dağ çaylarına öz təsirini göstərib: "Azərbaycanda bu cür hallar olub, 2014-cü ildə, ondan əvvəllər də belə hadisələr olub, ancaq artıq bu gün və sabah hava şəraitinin nisbətən yağıntılı keçməsi ilə əlaqədar çaylarda sululuğun artımı gözlənilir”.

A.Verdiyev vurğulayıb ki, adətən isti yay aylarında çayların məcrasında quraqlıq baş verir, lakin isti havaların ardınca yağışdan sonra çaylarda sululuq bərpa olunur.

Qeyd edək ki, ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 11-də Azərbaycanın bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti