Xəzər Xəbər

Sərin hava şəraiti nə vaxtadək davam edəcək?

Cəmiyyət | 19:15 • 10 Avqust 2017
Sərin hava şəraiti nə vaxtadək davam edəcək?

Sərin hava şəraiti avqustun 11-nə kimi davam edəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 30-35°, bölgələrdə 33-37° isti olacağı gözlənilir. Paytaxtda arabir güclənən şimal-qərb küləyi şimal-şərq küləyi ilə əvəzlənəcək.

XəzərXəbər "AZƏRTAC”a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

G.Məmmədova, həmçinin qeyd edib ki, sabahdan etibarən havanın hərarəti nisbətən artsa da, hələ ki, kəskin istilər gözlənilmir.

Xəbər lenti