Xəzər Xəbər

Bu gün ay tutulması olacaq

Cəmiyyət | 10:02 • 7 Avqust 2017
Bu gün ay tutulması olacaq

Bu gün cari ilin ikinci ay tutulması baş verəcək.

Proses saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq.

Budəfəki ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə "qanlı Ay” kimi tanınır. Beləki, həmin gün 2 saat ərzində Ay Yer kürəsinin şimalından keçərək planetimizə bir qədər də yaxınlaşacaq. Nəticədə Ay öz dörddə bir hisəsini planetimizin kölgəsində buraxacaq. Bu zaman Günəş şüaları Yerin atmosferini keçərək göy və bənövşəyi rəngləri aradan götürüb, Ayı qırmızı rəngə boyayacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, proses Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Bu hadisə günbatandan sonra Azərbaycandan da müşahidə olunacaq.

Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də baş verib.

ABŞ-ın Milli Günəş Rəsədxanasının yaydığı məlumata görə, 2017-ci ilin avqust ayında isə tam Günəş tutulması baş verəcək. (Trend)

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti