Xəzər Xəbər

Avropadan Şeytan İSTİSİ GƏLİR temperatur 50 dərəcəni keçəcək

Cəmiyyət | 17:48 • 5 Avqust 2017
Avropadan Şeytan İSTİSİ GƏLİR

Avropanın cənubunda "Lucifer” (Şeytan) adı verilən isti hava axını temepraturun 40 dərəcəni keçməsinə səbəb olub.

İnsanlara gündüz saatlarında küçəyə çıxmamaları və çoxlu maye qəul etmələri tövsiyə edilib. Afrikadan əsən isti küləklər və yüksək rütubətlə birlikdə bəzi bölgələrdə temperatur 50 dərəcəyə yüksəlib.

Hava məlumatlarının yer aldığı MeteoAlarm dünəndən İtaliya, İspaniya, Xorvatiya, Bosniya-Hersoqovina, İsveçrə, Macarıstan, Slovakiyanın da yer aldığı 11 ölkə üçün qırmızı həyəcan xəbərdarlığı edib. İtaliyada temperaturun 40 dərəcədən çox olması xəstəxanaların təcili yardım şöbələrinə müraciətləri 15 faiz artırıb. İspaniyanın Sevilya, İtaliyanın Sardiniya adaları, Xorvatiyanın Novska vilayətində temperatur 40 dərəcədən yüksəkdir. Xorvatiyanın Split hava limanında həftəlik temperatur 42.3 dərəcə olaraq qeydə alınıb.

Havanın temperaturunun yüksəlməsinin meşə yanğınlarına səbəb olacağı bildirilir. İtaliyada Abruzzo meşəsində yanğından 79 yaşlı qadın ölüb. Bu ölkədə yazın əvvəlindəki quraqlıq və dolunun kənd təsərrüfatına mənfi təsir etdiyi bildirilir. Bu da zeytun məhsuldarlığında 50, süt istehsalında 30 faiz azalma qeydə alınıb. Bu ölkədə isti hava həm də şərabçılığa da mənfi təsir göstərib.

Xəbər lenti