Xəzər Xəbər

İlk dəfə 60 yaşında evlənən azərbaycanlı bəy və gəlinlər... MARAQLI STATİSTİKA

Cəmiyyət | 12:18 • 5 Avqust 2017
İlk dəfə 60 yaşında evlənən azərbaycanlı bəy və gəlinlər...

Dövlət Statistika Komitəsinin 2016-cı ildə evlənən bəy və gəlinlərin nikah vəziyyətinə dair məlumatında maraqlı məqamlar üzə çıxıb.

XəzərXəbər modern.az-ın məlumatına əsasən bildirir ki, ötən il ölkədə 66771 nikah qeydə alınıb. Məlum olub ki, ailə quranlardan 61566 kişi və 64250 qadın hec vaxt nikahda olmayanlardır.

Ötən il 4502 boşanmış kişi və 2353 boşanmış qadın yenidən nikaha girərək, ailə qurublar.

Yeni ailə quranlar arasında dullar da az deyil. Belə ki, 703 dul kişi və 168 dul qadın da ötən il nikaha girərək, yeni ailə quranlar sırasına daxil olub.

Maraqlıdır ki, boşandıqdan sonra yenidən ailə quran kişilərdən 228-i, dul qaldıqdan sonra evlənən kişilərin isə 237-si yaşı 60-dan yuxarı olan qocalardır.

Boşandıqdan sonra yenidən ailə quran 60 yaşdan yuxarı qadınların sayı 71, dul qalandan sonra ərə gedən ağbirçəklərin sayı isə 10 nəfər olub.

Qocalarla bağlı daha bir maraqlı məqam: Ötən il 174 kişini ilk dəfə 60 yaşından sonra evləndiriblər. Eyni zamanda ata evində qarımış 60 qadın da ilk dəfə 60 yaşdan sonra ərə verilib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
549 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti