Xəzər Xəbər

V qrup üzrə ixtisas seçimi başladı XƏBƏRİNİZ OLSUN!

Cəmiyyət | 10:07 • 5 Avqust 2017
V qrup üzrə ixtisas seçimi başladı

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün bu gündən ixtisas seçimi başlayıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) XəzərXəbər-ə verilən məlumata görə, abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi 10-dək aparılacaq.

I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.

Qeyd edək ki, iyulun 29-dan ali təhsil müəssisələrinə I – IV ixtisas qrupları üzrə ixtisas seçimi başlayıb. I – IV qruplar üzrə ixtisas seçimi avqustun 10-dək internet vasitəsilə aparılacaq.

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti