Xəzər Xəbər

Bir yaşa qədər uşaqların ölüm səbəbləri açıqlandı

Cəmiyyət | 17:29 • 4 Avqust 2017
Bir yaşa qədər uşaqların

Ötən il Azərbaycanda 1 yaşadək 1666 uşaq ölüb. Ölənlərin 1380-i şəhər yerləri, 286-ı kənd yerlərinin payına düşür.

Bu barədə XəzərXəbər-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 5 yaşa qədər ölən uşaqların sayı isə respublika üzrə 2092-dir. Onların 1259-u oğlan, 833-ü qızdır.

Bir yaşa qədər uşaqların ölümünə səbəb olan xəstəliklərə gəldikdə, ilk yerlərdə perinataı dövrdə meydana çıxan xəstəliklər, tənəffüs yolları xəstəlikləri, anadangəlmə anomaliyalar durur.

Belə ki, ötən il bu yaşda ölən uşaqların 1090-ı perinatal dövrdə meydana çıxan hallardan, 173-ü tənəffüs sistemi xəstəliklərindən, 151-i anadangəlmə anomaliyalar(inkişaf qüsurları, deformasiyalar və xromosom pozğunluqları), 92-si sinir sistemi xəstəlikləri, 37-si bəzi infeksion və parazitar xəstəliklər, 14-ü həzm sistemi xəstəlikləri, 7-si travmalar, zəhərlənmələr və xarici səbəblərindən təsirindən, 102 uşaq isə digər səbəblərdən dünyasını dəyişib.


Xəbər lenti