Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
XəzərXəbər-ə verilən xəbərə görə, avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 34-38° isti, Bakıda gecə
24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758
mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 %
olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan,
Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil
edəcək.
Sabah Azərbaycanın
rayonlarında hava yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın
temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°,
gündüz 27-32° isti olacağı gözlənilir.