Xəzər Xəbər

DYP-dən “İnstagram” və “Facebook”da canlı yayım edənlərə XƏBƏRDARLIQ

Cəmiyyət | 13:18 • 3 Avqust 2017
DYP-dən “İnstagram” və “Facebook”da canlı yayım edənlərə

Dövlət Yol Polisi (DYP) avtomobildə sükan arxasında canlı yayıma qoşulan "İnstagram” və "Facebook” sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinə xəbərdarlıq edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, belə hərəkətlər inzibati xəta tərkibi yaradır və təhlükəlidir.

"Ərazidə polisin olub-olmamasından asılı olmayaraq belə hərəkətlərə yol vermək təhlükəlidir. Sürücüləri bu cür hallara yol verməməyə çağırıram. Rusiyada tanınmış aparıcı xanımın canlı danışmaq cəhdi qəza ilə nəticələndi və o, həlak oldu. Ona görə də sükan arxasında olan hər kəs diqqətli olmalıdır. Telefonla danışmaq, əllərini sükandan buraxmaq, hətta yanında əyləşən sərnişinlə söhbət etmək inzibati xəta tərkibi yaradır və sürücü məsuliyyə cəlb olunur. Sürücü avtomobili idarəedən zaman canlı yayıma çıxırsa, bu yolverilməzdir, bunu edənlər məsuliyyətə cəlb edilməlidir”-deyə V.Əsədov vurğulayıb.

DYP rəsmisi vurğulayıb ki, avtomobil idarə edərkən canlı yayım edən sürücülər aşkar edildikdə, onlara qarşı cərimələr tətbiq edilir./azvision.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti