Sellülit hər bir qadında yarana bilər. Bəziləri ondan xilas olmağın qeyri-mümkün olduğunu düşünür. Ancaq bəzi qidalanma üsulları, antisellülit vasitələri və idman məşqləri ilə sellülitin yaranmasının qarşısını ala və ondan xilas ola bilərsiniz. XəzərXəbər ailem.az-a istinadən bunun bir neçə yolu ilə sizi tanış edir.
Qəhvə
Qəhvənin tərkibindəki kafein və antioksidantlar dərini dartır və
canlandırır. 1/4 stəkan qəhvə ununa 2-3 yemək qaşığı isti su əlavə
edərək məcun halına gələnə qədər qarışdırın. Nəmləndirici olması üçün
bir neçə damcı zeytun yağı da əlavə edə bilərsiniz. Qarışımı problemli
bölgəyə tətbiq edin və bir neçə dəqiqə saxladıqdan sonra durulayın. Bunu
duş qəbul edərkən də sellülit olan hər yerə tətbiq edə bilərsiniz.
Limon suyu və qırmızı bibər
Limon suyu təbii yağ yandırıcıdır. Bədəninizdəki yağ hüceyrələrini
yandırarkən sellülitin də yaranmasının qarşısını alır. 2-3 yemək qaşığı
limon suyunu bir stəkan suya əlavə edin. Bir çimdik qırmızı bibər tozu
əlavə edin və qarışdırın. Bu qarışımı 30 gün ərzində gündə üç dəfə içmək
məsləhətdir.
Bitkilər
Sidr ağacı yağı və kərəviz toxumu yağı kimi bitki mənşəli yağlar
sellülit müalicəsi üçün ideal vasitələrdir. Bir neçə damcı bitki yağını
problemli bölgəyə çəkin və quru fırçayla masaj edin. Qatı bədən
lasyonunuz varsa, içərisinə bir neçə damcı bitki yağı əlavə edib,
antisellülit kremi kimi istifadə edə bilərsiniz. Bitki yağını hind qozu,
badam və ya zeytun yağına əlavə edərək də masaj yağı kimi istifadə edə
bilərsiniz.
Quru fırça
Quru fırça istifadə edərək bütün bədəninizi masaj edə bilərsiniz.
Bədəninizdəki qan dövranı artar və bir müddətdən sonra sellülitlərdən
xilas ola bilərsiniz.
Sellüliti azaldan məşqlər
Ayaqdakı sellülitdən qurtulmaq üçün:
İki əlinizə də ştanq alın, əllərinizi yanınıza salın. Bir dizinizi yerə
doğru əyin. O biri ayağınızla bir addım irəli atıb dizdən qatlayın. Eyni
əməliyyatı digər ayaqda təkrarlayın.
Sonra dizlər üzərində iməkləmə mövqeyinə keçin və bədən ağırlığını
qollarınıza verin. Ayaqlarınızı yuxarıya doğru qaldırın və yavaşca
endirin.
Yan üstə uzanın və başınızı bir əlinizlə dəstəkləyərkən üstdəki ayağınızı qaldırın və yavaşca endirin.
Budlardakı sellülitə qarşı:
Arxası üstə uzanın, ombanızı qaldırıb bir neçə saniyə belə havada saxlayın.
Geriyə addım atın və addım atdığınız ayağı dizdən qatlayın.
Bir neçə saniyə çömbəlmək mövqeyində gözləyin və dabanlarınızı yerdən qaldırın.
Qollardakı sellülitə qarşı:
Kiçik ştanqaların köməyi ilə dirsəklərinizi sabit tutub qollarınızı
arxaya doğru açın. Ştanqları iki əlinizdə tutun və qollarınızı aşağıdan
çiyninizə qədər qaldırın. Yerin cazibə qüvvəsindən faydalanın,
qollarınızı yana açın və sanki qollarınızla kiçik dairələr çəkin.
Göbəkdəki sellülitə qarşı:
Üz üstə uzanın və bütün ağırlığınızı dirsəklərinizə verin.
Pres edərkən tam oturmuş mövqeyi almadan dayanın və bir neçə saniyə gözləyin.
Pres edərkən eyni anda dizinizi qarnızıza doğru yığın.