Xəzər Xəbər

DİM: Qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər jurnalistikanı seçə biləcəklər

Cəmiyyət | 14:51 • 29 İyul 2017
DİM: Qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər jurnalistikanı seçə biləcəklər

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsilmüəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyənabituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

DİM-dən xezerxeber.az-a verilən xəbərə görə, bu mərhələdə III ixtisas qrupu üzrə testimtahanı verərək müsabiqə şərtini ödəyən və iyulun 21-dən 24-dək jurnalistikaixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmişabituriyentlər iştirak ediblər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə,Lənkəran, Şəki, Bərdə, Göyçay, Xaçmaz və Şirvan şəhərlərində təşkil olunub.İmtahan bütün binalarda saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.

İmtahanın başlamasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİVnümayəndələrinin iştirakı ilə təklif olunan 217 mövzu arasından 3 mövzu seçilib vəvideobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuşmövzulardan biri üzrə inşa (esse) yazıblar. Məqbul qiymət alan abituriyentlər ixtisas seçimizamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.

İxtisas seçimi iyulun 29dan avqustun 10-dək aparılacaq.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti