Xəzər Xəbər

Məktəbəhazırlıq qruplarına getməyən uşaqların I sinfə qəbulunda problemlər yaranacaq?

Cəmiyyət | 12:43 • 29 İyul 2017
Məktəbəhazırlıq qruplarına getməyən uşaqların I sinfə qəbulunda problemlər yaranacaq?

Təhsil Nazirliyi məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün I sinfə qəbul zamanı hər hansı bir məhdudiyyətin tətbiq olunub-olunmayacağını açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məktəbəhazırlıq qruplarına getməyən uşaqların I sinfə qəbuluna heç bir məhdudiyyət qoyulmur.

Nazirlikdən əlavə edilib ki, ötən il məktəbəhazırlıq təhsilinin əhatəsi ölkə üzrə 55%-ə çatıb.

Məktəbəhazırlıq qrupları ölkə üzrə 2795 dövlət məktəblərində təşkil olunub.

Xəbər lenti