Xəzər Xəbər

Qarpız yeməzdən əvvəl oxuyun: MƏSLƏHƏT

Cəmiyyət | 14:03 • 28 İyul 2017
Qarpız yeməzdən əvvəl oxuyun:

Qızmar yay günlərində sərinləşdirici içki və qidalara üstünlük verildiyi heç kimə sirr deyil. Qarpız da məhz yayın əvəzolunmaz sərinləşdirici giləmeyvəsidir.

Yayda yeməkdən sonra masaya adətən qarpız və yemiş verilir. Lakin diyetoloqlar bunu düzgün hesab etmir.

Belə ki, yeməkdən dərhal sonra yeyildikdə yemiş və qarpız mədədə ağırlıq və ağrılara səbəb olur, qıcqırma yaradır, həzm proseslərinə mane olur. Pəhriz mütəxəssisləri digər meyvə və giləmeyvələr kimi yemiş-qarpızı da yeməkdən 1 saat əvvəl və ya 1,5-2 saat sonra yeməyi tövsiyə edir.

Xəbər lenti