Xəzər Xəbər

Test tapşırıqlarının düzgün cavabları açıqlanıb

Cəmiyyət | 16:56 • 27 İyul 2017
Test tapşırıqlarının düzgün cavabları açıqlanıb
İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün bu gün keçirilən yeni qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları açıqlanıb. Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a verilən xəbərə görə, Azərbaycan bölməsi I qrupu üzrə test tapşırıqlarının düzgün cavabları komissiyanın saytında yerləşdirilib. Abituriyentlər http://tqdk.gov.az/upload/main/1_elave.pdf linki vasitəsilə cavablarla tanış ola bilər.

Xəbər lenti