Xəzər Xəbər

Xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərin sayı açıqlandı

Cəmiyyət | 11:47 • 27 İyul 2017
Xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərin sayı açıqlandı

İyulun 27-də Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində (KTM) ölkəmizdə xroniki böyrək çatışmazlığı ilə mübarizə, həmin xəstəlikdən əziyyət çəkən xəstələrə dövlət qayğısı, eləcə də bu sahədə həyata keçirilən tədbirlərə həsr edilmiş konfrans işə başlayıb.

Xezerxeber.az məlumat verir ki, konfransda KTM-in hemodializ şöbəsinin müdiri Mirhaşım Cəlalov hazırda Azərbaycanda 38 hemodializ mərkəzindəki 600 aparatın 3312 xəstəyə xidmət etdiyini bildirib. Qeyd edib ki, bunlardan 1329-u Bakıda, 1983-ü regionlarda tam dövlət hesablı hemodializlə təmin olunub. Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün "Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramına uyğun olaraq 2016-cı ildə Ağsu, Göygöl, Biləsuvar və Qusar rayonlarında hemodializ şöbələri istifadəyə verilib.

Xəbər lenti