Xəzər Xəbər

Dövlət qulluğuna sənəd qəbulu başladı

Cəmiyyət | 15:42 • 24 İyul 2017
Dövlət qulluğuna sənəd qəbulu başladı

Bu gündən dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilən ümumi müsahibədə iştirak etmək istəyənlər üçün sənəd qəbuluna başlanılıb.

Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, iyulun 21-də 8 dövlət orqanında 41 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilən ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 38-i mərkəzi icra hakimiyyəti orqanlarının (Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfati Nazirliyi, Dövlət Statistika Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) mərkəzi aparatları və yerli təşkilatlarında, 3-ü isə məhkəmə orqanlarının (Gəncə Apellyasiya Məhkəməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi, Cəbrayıl Rayon Məhkəməsi) aparatındadır.

"Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyənlər sənədlərini bu gündən başlayaraq, avqustun 14-dək Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim edə bilərlər.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti