Xəzər Xəbər

Yanğına görə təxliyə olunan abituriyentlər iyulun 27-də imtahan verəcəklər - DİM

Cəmiyyət | 10:25 • 24 İyul 2017
Yanğına görə təxliyə olunan abituriyentlər iyulun 27-də imtahan verəcəklər -

Dövlət İmtahan Mərkəzi Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərlə bağlı məlumat yayıb.

Xezerxeber.az-ın məlumatına görə, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək.

Həmin abituriyentlər üçün "imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Xəbər lenti