Xəzər Xəbər

Hamiləlik zamanı görmədə müəyyən dəyişiklik yarana bilər

Cəmiyyət | 09:51 • 22 İyul 2017
Hamiləlik zamanı görmədə müəyyən dəyişiklik yarana bilər

Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) və "Gələcək Nəsil” Valideynlər Klubunun təşkilatçılığı ilə "Hamiləlik və gözlər” mövzusunda seminar keçirilib. Seminar "Gələcək Nəsil” Valideynlər Klubunda fəaliyyət göstərən "Hamiləlik məktəbi”ndə RMDM-in həkim-oftalmoloqu Eloğlu Məmmədov tərəfindən təqdim edilib.


RMDM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, E.Məmmədov seminarda hamiləlik dövründə göz müayinəsinin vacibliyindən danışıb. Bildirib ki, hamiləlik zamanı bədəndə böyük hormonal dəyişikliklər baş verir. Bunun da nəticəsində görmə qabiliyyətində də müəyyən dəyişiklik yarana bilər. Xüsusilə təbii doğuş planlaşdıran xanımlar göz müayinəsinə daha məsuliyyətli yanaşmalıdırlar.


Tədbirdə mövzu ilə bağlı maraqlı və informativ videoçarxlar nümayiş etdirilib. Həmçinin "kompüter görmə sindromu”, "quru göz sindromu” simptomları və risk faktorları, göz sağlamlığını qoruma üsulları barədə məlumat verilib, hamilələrə tövsiyələr diqqətə çatdırılıb.


Xəbər lenti