Xəzər Xəbər

Çimərliklərdə gürzələrin olması ilə bağlı yayılan xəbərə RƏSMİ MÜNASİBƏT

Cəmiyyət | 15:48 • 19 İyul 2017
Çimərliklərdə gürzələrin olması ilə bağlı yayılan xəbərə

Çimərliklərdə gürzələrin kütləvi yayılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil və insanlarda xof yaratmaq məqsədilə yayılıb.


Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov bildirib.


E.Yusifov deyib: "Gürzələr haqqında şişirdilmiş bu məlumatlar Zoologiya İnstitutunun əməkdaşı olmayan Anar Cəfərova istinadla yayılıb. Zoologiya İnstitutunda belə bir şəxs işləmir. Həyat üçün təhlükəli olan gürzələrin rütubətli, eləcə də səs-küylü, narahatedici faktorların daha çox müşahidə edildiyi çimərlik ərazilərində yayılması ehtimalı olduqca azdır. Ona görə də çimərliklərdə gürzələrin kütləvi yayılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”.

Xəbər lenti