Xəzər Xəbər

Azərbaycanda yeni televiziya kanalı açıla bilər

Cəmiyyət | 17:21 • 18 İyul 2017
Azərbaycanda yeni televiziya kanalı açıla bilər

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu yeni televiziya kanalının açılmasını təklif edib.

İnstitutdan xezerxeber.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin "AMEA-da əqli mülkiyyətin yaradılması, qorunması və istifadəsi prosesinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı ilə əlaqədar AMEA-nın Tarix İnstitutu tərəfindən təkliflər hazırlanıb və institutun Elmi Şurasının iclasında səsləndirilib.

İnstitut direktoru, akademik Yaqub Mahmudovun sədrliyi ilə keçirilən Elmi Şuranın iclasında Türkiyə, Rusiya və digər ölkələrdə olduğu kimi Azərbaycanda da "Tarix” adlı yeni televiziya kanalının açılması, institut nəzdində "Sənədli filmlər studiyası”nın yaradılması təklif olunub və institutun Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi qərara alınıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
392 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti