Xəzər Xəbər

Bülletenə çıxan şəxslər üçün hansı dəyişikliklər gözlənilir?

Cəmiyyət | 09:43 • 18 İyul 2017
Bülletenə çıxan şəxslər üçün hansı dəyişikliklər gözlənilir?

Rusiyada xəstəlik vərəqələrinin elektron qaydada verilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, Rusiyanın Baş naziri Dmitri Medvedev hesab edir ki, bu sistem ənənəvi "kağız sistemi"ndən daha səmərəli olacaq. Çünki yeni elektronlaşdırma sistemi sayəsində həm vətəndaşlar xəstəlik vərəqəsi almaq üçün poliklinikalarda növbəyə durmalı olmayacaqlar, həm də kağıza qənaət ediləcək.

Elektron bülletenlər əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə veriləcək.

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə Trend-ə bildirib ki, hazırda Mərkəzdə bülletenlərin elektron qaydada verilməsi üçün iş aparılmasa da, bülletenlərin verilməsi və təqdim edilməsi ilə bağlı prosesin müəyyən mərhələsinin elektronlaşdırılması məqsədi ilə hazırlıq işləri aparılır:

"Bülletenə çıxarkən həkim şəxsin sağlamlıq vəziyyətini mütləq əyani müayinə etməlidir. Elektronlaşdırma o demək deyil ki, şəxs müayinə olunmadan bülletenə çıxa biləcək. Elektronlaşdırma bülletenlərin elektron reyestrinin yaradılması deməkdir".

C.Əsədzadə qeyd edib ki, bülletenə çıxan işçiyə ödəniş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən aparılır. Ona görə də bülleten barədə məlumatlar ƏƏSMN-ə də lazım olur:

"Elektron reyestr olduqda ƏƏSMN bülletenə çıxan şəxslər barədə məlumatı bu reyestrdən əldə edə bilər. Belə bir reyestr yaradılsa, ola bilər ki, bülletenə çıxmaq üçün poliklinikaya müraciət edərkən vətəndaşa kağız formasında bülleten verilməsin. Belə bir təcrübə əlilliyin təyini ilə artıq var. Əlilliyə göndəriş formasının vətəndaşlara artıq kağız daşıyıcıda verilməsinə ehtiyac qalmayıb. Vətəndaşa yalnız bildiriş verilir. Göndəriş isə elektron formada imzalanmış sənəd formasında elektron reyestrdə yerləşdirilir. Əlilliyin təyini zamanı reyestrdəki məlumatdan ƏƏSMN də istifadə edir".

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
513 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti