Xəzər Xəbər

“Yay imtahında qaydaları pozanların yaz imtahan nəticələri də ləğv olunacaq” - DİM

Cəmiyyət | 15:31 • 17 İyul 2017
“Yay imtahında qaydaları pozanların yaz imtahan nəticələri də ləğv olunacaq”  -

Dövlət İmtahan Mərkəzi iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 16-da saat 18:06-dan etibarən elan edib. İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və "cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. Həmçinin abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil nömrələrindən "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Modern.az-adeyib ki, imtahanda iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097 nəfəri imtahanda iştirak etməyib.

"İmtahanda iştirak edən abituriyentlərdən 33 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib. Bunlardan 21-i II, 12-i isə III ixtisas qrupuna sənəd verən abituriyentlərdir. 4 abituriyentin üzərindən mobil telefon aşkar olunduğuna görə, digər abituriyentlər isə imtahanda davranış qaydalarını pozduqlarından imtahandan xaric edilib. Belə ki, həmin abituriyenlər köçürməyə cəhd edib və yaxud şərait yaradıblar”.

X.Xanlarzadə iyulun 22-də I və IV ixtisas qruplarına imtahan verəcək abituriyenlərə də xəbərdarlıq edib.

" Əgər abituriyent DİM-nin yazda keçirdiyi imtahanda iştirak edib, yayda iştirak etdiyi imthanda qaydanı pozsa, onun hər iki imtahanının nəticəsi ləğv ediləcək. Yəni abituriyent birinci imtahandan müəyyən qədər bal toplayıb, ikinci imtahanda qaydaları pozsa onun bütün nəticələri ləğv ediləcək. Abituriyentin əməl etməli olduğu qaydalar "Yaddaş kitabçası”nda öz əksini tapıb. Ona görə də bütün abituriyentləri diqqətli olmağa çağırırıq. Abituriyentlərə bildiririk ki, onlar "Yaddaş kitabçası” ilə tanış olsunlar. Orada göstərilən bütün qaydalara əməl etsinlər. Əks halda onların nəticələri ləğv olunacaq”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti