Xəzər Xəbər

Bu il 188 qida zəhərlənməsi olub, 3 nəfər ölüb - Nazirlik

Cəmiyyət | 16:07 • 12 İyul 2017
Bu il 188 qida zəhərlənməsi olub, 3 nəfər ölüb -

2017-ci ilin 6 ayı ərzində Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, bu ilin 6 ayı ərzində ölkədə 188 qida zəhərlənməsi baş verib.

O bildirib ki, baş vermiş qida zəhərlənmələri nəticəsində 285 nəfər zərər çəkib.

A. Qədirlinin sözlərinə görə, 11 botulizm hadisəsi qeydə alınıb, 21 nəfər zərər çəkib. Botulizm hadisələri nəticəsində 3 nəfər ölüb.

O qeyd edib ki, qida zəhərlənmələrinin hamısı məişət şəraitində baş verib.


Xəbər lenti