Xəzər Xəbər

Futbol azarkeşləri Bakı metrosunda vaqona ziyana vurublar - FOTO

Cəmiyyət | 12:28 • 12 İyul 2017
Futbol azarkeşləri Bakı metrosunda vaqona ziyana vurublar -

İyulun 11-də gecə saatlarında metronun "Gənclik" stansiyasından Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edən qatara minən futbol azarkeşləri vaqonlardan birinə ciddi ziyan vurublar.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, dünən keçirilmiş "Qarabağ" - "Samtredia" oyunundan sonra azarkeşlər həmin marşrut üzrə hərəkət edən qatarın 1566 saylı vaqonunun tavanını dağıdıblar:

"Qarabağ" futbol klubunun oyunundan çıxıb "Gənclik" stansiyasına düşən bəzi şəxslər ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan büdcə vəsaiti hesabına alınan vaqona ziyan vurublar. Onlar əllərindəki bayraqların taxtaları ilə vaqonu və videomüşahidə kamerasını zədələyiblər".

Xəbər lenti