Xəzər Xəbər

2 saylı "ASAN Kommunal" mərkəzində 3 yeni xidmət göstəriləcək

Cəmiyyət | 11:08 • 12 İyul 2017
2 saylı "ASAN Kommunal" mərkəzində 3 yeni xidmət göstəriləcək

İyulun 12-dən etibarən vətəndaşlar 2 saylı "ASAN Kommunal” mərkəzində Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən yararlana biləcəklər.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, xidmətlərin "ASAN xidmət” mərkəzləri ilə yanaşı, 2 saylı "ASAN Kommunal” mərkəzində də təşkil olunmasının səbəbi Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlər tərəfindən çoxsaylı müraciətlərin daxil olması və ən çox ehtiyacın bu xidmətlərə yaranmasıdır.

Əsas məqsəd isə şəffaf, operativ, rahat, məsuliyyətli və nəzakətli prinsiplərə uyğun olaraq vətəndaşlara xidmət göstərmək və ən əsası vətəndaş məmnunluğuna nail olmaqdır.

Vətəndaşlar qeyd olunan xidmətlərlə bağlı bazar ertəsi - cümə günləri saat 10:00-dan 18:00-a kimi, şənbə günü isə 10:00-dan 17:00-a kimi mərkəzə müraciət edə bilərlər.

Qeyd edək ki, "ASAN Kommunal” mərkəzlərində vətəndaşlara "Azərişıq" ASC, "Azərsu" ASC və "Azəriqaz" İB-nin 45 növ xidməti təqdim olunur.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
547 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti