Xəzər Xəbər

“Jurnalistlər evi”nin yanında yerüstü keçid tikiləcək

Cəmiyyət | 10:31 • 11 İyul 2017
“Jurnalistlər evi”nin yanında yerüstü keçid tikiləcək

"Bakının Bibiheybət qəsəbəsində, Yeni Salyan yolunda jurnalistlər üçün tikilən ikinci yaşayış binasının ərazisində yerüstü piyada keçidi tikiləcək”.

Bunu Modern.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. Onun sözlərinə görə jurnalistlər həmin ərazidə heç bir zolağın olmadığı haqda agentliyə şikayət ediblər:

"Bununla bağlı jurnalist həmkarlarımız bizə müraciət etdi və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları da əraziyə baxış keçirdilər. Müraciət edən urnalistlər ərazidə piyada keçidinin, yəni "zebra”nın çəkilməsini istəyirdilər. Həmin yerdən də bildiyiniz kimi, sürətli yol keçir. Bu səbəbdən orada zolağın çəkilməsi müvafiq hesab edilmədi. Lakin Bakı Nəqliyyat Agentliyi həmin ərazidə yerüstü piyada keçidinin inşa edilməsi ilə bağlı təklif irəli sürdü. Belə ki, ərazidə yaşayış var və xeyli sayda ailə mövcuddur. Orada yaşayan insanların təhlükəsizliyini təmin etmək məqsədilə yerüstü piyada keçidinin olması mütləqdir.

Buna əsasən, Bakı Nəqliyyat Agentliyi təklifi hazırlayıb Nazirlər Kabinetindəki Yol hərəkəti Təhlükəsizliyi Komissiyasına müraciət etdi. Artıq təklifimiz komissiya tərəfindən qəbul edilib və müvafiq tapşırıqlar verilib. Yəqin ki, yaxın vaxtlarda həmin yerüstü piyada keçidinin inşasına başlanılacaq. Yəni jurnalistlərin ikinci binasının yerləşdiyi ərazidə yerüstü piyada keçidi tikiləcək”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti